Həkim haqqında
Poliklinikadan Bakıya: gündə 50 uşaqla formalaşan təcrübə
2021-ci ildə Yaroslavl Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişəm. Universiteti bitirən kimi poliklinikada işləməyə başladım və orada universal mütəxəssis kimi çalışırdım — kadr çatışmazlığı olduğu üçün demək olar ki, hər sahədən uşaqları müalicə və müşahidə edirdim.
Gündə orta hesabla 50 uşaq qəbul edirdim. 6 ay COVID briqadasında çalışdım. Sonra diplomumu Azərbaycanda təsdiqlədim və hazırda Referans Mərdəkan Hospital-da çalışıram.
- Rusiyada 3 ildən çox sahə pediatrı təcrübəsi
- 6 ay COVID briqadasında iş
- Tələbəlik illərindən elmi işlər və konfranslar