Xidmət
Körpə müşahidəsi və profilaktik baxışlar
Həyatın ilk ili ən sürətli dəyişiklik dövrüdür. Müntəzəm profilaktik baxışlar problemi şikayət yaranmadan əvvəl görməyə imkan verir.
Müşahidə nəyi əhatə edir
- Ümumi pediatrik baxış və orqan sistemlərinin qiymətləndirilməsi
- Fiziki inkişafın izlənməsi
- Qidalanma ilə bağlı sualların müzakirəsi
- Dəri, göbək nahiyəsi və gözlə bağlı tez-tez rast gəlinən halların qiymətləndirilməsi
- Profilaktik müalicə və sağlamlıq izlənməsi
- Valideynin suallarına cavab
İlk aylarda tez-tez rast gəlinən hallar
Göz yaşı kanalının anadangəlmə darlığı, göbək yırtığı, monqoloid ləkəsi, kandidoz stomatit, başın arxasında saç seyrəlməsi — bunların bir hissəsi fizioloji haldır və müalicə tələb etmir, bir hissəsi isə sadə addımlarla idarə olunur. Fərqi qəbulda müəyyən edirik.
Körpənin ağlaması
Körpələr hər bir narahatçılığı sizə tək bir yolla bildirə bilər — bu, ağlamaqdır. Əgər uşağınız daha çox ağlayırsa və ürəyinizdə şübhə varsa, həkim-pediatra müraciət edin ki, içinizdəki narahatçılığı aradan qaldıra biləsiniz.
Tez-tez verilən suallar
Sağlam körpəni nə üçün həkimə aparmalıyam?
Profilaktik baxışın məqsədi xəstəliyi müalicə etmək deyil, inkişafı izləmək və problemi erkən görməkdir. Bu baxışlar rəsmi fəaliyyət istiqamətlərinə daxildir.
Suallarımı yazıb gətirə bilərəm?
Bəli, bu çox faydalıdır. Qəbulda unudulan suallar ən çox narahatlıq yaradan suallar olur.
Qəbul
Uşağınız üçün qəbul vaxtı təyin edin
Zəng edərək uyğun vaxtı dəqiqləşdirin. Qəbul 0–18 yaş uşaqlar üçündür.