Referans Mərdəkan Hospital · Mərdəkan qəs., Xəzər ray.

Qəbul üçün 055 313 99 43
Əzizə Şıxvəliyeva Həkim-pediatr

Xidmət

Allerqoloji və immunoloji qiymətləndirmə

Allergiya şübhəsi olan hər uşaq üçün geniş allergiya paneli lazım deyil. Əvvəl klinik qiymətləndirmə aparılır, sonra müayinənin lazım olub-olmadığı müəyyən edilir.

Nə üçün əvvəlcə qiymətləndirmə

Uşaqlarda tez-tez allergiya ilə əlaqəli olmayan övrələr olur — belə hallarda nə allerqoloqa, nə də geniş müayinəyə ehtiyac yaranır. Allergiya müayinələri göstəriş olduqda təyin edilməlidir, hər uşağa deyil.

Qiymətləndirmə nələri əhatə edir

  • Şikayətin başlama vaxtı, gedişi və təkrarlanma xarakteri
  • Dəri və tənəffüs yolu əlamətlərinin baxışı
  • Qidalanma və ev şəraiti ilə bağlı amillərin müzakirəsi
  • Göstəriş olduqda müayinənin planlaşdırılması və nəticələrin şərhi
  • Lazım olduqda müvafiq mütəxəssisə yönləndirmə

Həşərat dişləməsində ilk addımlar

Dişlənmiş nahiyəni sabun və su ilə yuyun, 10–15 dəqiqə soyuq kompres tətbiq edin. Nəfəsalma çətinliyi, üz, dil və ya boğazda şişkinlik, yayılmış səpkilər varsa, təcili həkimə müraciət edin.

Tez-tez verilən suallar

Özüm allergiya analizi verdirə bilərəmmi?

Tövsiyə olunmur. Göstəriş olmadan verilən analizlərin nəticəsi çox vaxt narahatlığı artırır və uşağın təkrar qan verməsinə səbəb olur.

Övrə həmişə allergiyadır?

Xeyr. Uşaqlarda övrənin allergiya ilə əlaqəli olmayan formaları da geniş yayılıb.

Qəbul

Uşağınız üçün qəbul vaxtı təyin edin

Zəng edərək uyğun vaxtı dəqiqləşdirin. Qəbul 0–18 yaş uşaqlar üçündür.

Qəbula yazıl