Xidmət
Kəskin və xroniki xəstəliklərin müalicəsi
Kəskin şikayət də, aylarla davam edən problem də eyni prinsiplə idarə olunur: əvvəl diaqnoz qoyulmalıdır, sonra müalicə aparılmalıdır.
Kəskin hallar
Qızdırma, öskürək, qusma, ishal, qarın ağrısı, qulaq ağrısı, dəri səpkiləri kimi kəskin şikayətlərdə müayinə və lazım olduqda laborator qiymətləndirmə aparılır, müalicə planı izah olunur. Qusma və ishal zamanı əsas məqsəd susuzlaşmanın qarşısını almaqdır.
Xroniki və təkrarlanan problemlər
Qəbizlik, iştahsızlıq, təkrarlanan tənəffüs yolu infeksiyaları, çəki ilə bağlı narahatlıqlar zaman içində izlənməli olan hallardır. Qəbizlik yüngül problem kimi görünə bilər, amma əslində uşaq üçün çox böyük fəsadlar yarada bilər — nə qədər tez müalicə olunsa, uşaq üçün bir o qədər yaxşıdır.
Simptomatik və dəstəkləyici terapiya
Uşağın vəziyyətini yüngülləşdirən addımlar müalicənin ayrılmaz hissəsidir. Dozalar uşağın yaşına və çəkisinə görə seçilir, valideynə hansı dərmanın nə üçün verildiyi izah olunur. Böyüklər üçün nəzərdə tutulan dərmanlar uşaqlara verilmir.
Tez-tez verilən suallar
Müalicə planı izah olunurmu?
Qəbulda təyinatlar izah olunur və valideynin başa düşdüyünə əmin olmaq üçün suallar cavablandırılır. Məqsəd evə çıxanda nə edəcəyinizi dəqiq bilməyinizdir.
Qida əlavələri müalicəni əvəz edə bilərmi?
Xeyr. Xəstəliyin müalicəsi üçün qida əlavələri təyin olunduqda vaxt itirilir və vəziyyət ağırlaşa bilər.
Qəbul
Uşağınız üçün qəbul vaxtı təyin edin
Zəng edərək uyğun vaxtı dəqiqləşdirin. Qəbul 0–18 yaş uşaqlar üçündür.