Referans Mərdəkan Hospital · Mərdəkan qəs., Xəzər ray.

Qəbul üçün 055 313 99 43
Əzizə Şıxvəliyeva Həkim-pediatr

Miflər

Pediatriyada ən çox rast gəlinən miflər

Ən gülməli mifdən ən zərərlisinə: qəbulda valideynlərdən eşitdiyim inanclar və onların elmi cavabı.

4 dəqiqə oxu Müəllif: həkim-pediatr Əzizə Şıxvəliyeva

Qəbulda valideynlərdən çox maraqlı şeylər eşidirəm. Bəziləri zərərsizdir, bəziləri isə uşaq üçün real risk daşıyır.

Ən zərərli mif

Ən gülməli mif

Eşitmişəm ki, yeni doğulmuş uşağın əlinin içini yumurlar — yoxsa ruzisi qaçar.

Maraqlı mif

"D vitamini veririksə, əmgək daha tez bağlanır." Bu da düzgün deyil.

Digər geniş yayılmış inanclar

  • Başın arxasında saç tökülməsi raxit əlamətidir — yalançı simptomdur; körpə arxası üstə uzandığı üçün saçlar sürtünmədən seyrələ bilər
  • Göbək yırtığına qəpik və ya plastır qoymaq lazımdır — tövsiyə olunmur
  • Manej uşağın tez gəzməsinə kömək edir — heç bir təsir göstərmir və təhlükə yarada bilər
  • Soyuq havanın özü xəstəliyə səbəb olur — belə deyil; əks halda hər dəfə dondurma yeyəndən sonra xəstələnərdik
  • Uşağın dişi çıxanda hər simptom onunla bağlıdır — hər şikayəti diş çıxmasına yazmaq düzgün deyil

Tez-tez verilən suallar

Miflərin çoxu haradan gəlir?

Bir hissəsi sovet dövründən qalıb, bir hissəsi isə nəsildən-nəslə keçir. Buna görə izah qəbulun ayrılmaz hissəsidir.

Bu saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim baxışını əvəz etmir. Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.

Qəbul

Uşağınız üçün qəbul vaxtı təyin edin

Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.

Qəbula yazıl